// Archive for the ‘way’ Tag

May 23, 11

Avtobus utandığından “yerə girdi” (!)

tarix üçün qeyd: Ağır yük altına girənlərdən hansının davam gətirməyəcəyini proqnozlaşdırmaq həmişə asan olmur. Avtobus basabasa dözürdü amma yol dözmədi…

[ Continue reading… ]

April 27, 11

“Adam dili” – Həyatın bir anı silsiləsindən

tarix üçün qeyd: 288 nömrəli avtobusda işdən yorğun və xəstə evə gəlirəm. Anası və nənəsi bir-birindən 1 cərgə aralı məsafədə tək yerli oturacaqlarda oturmuş balaca dəcəl oğlan ayaq üstə və həmçinin camaatın ayağının üstündə, aləmi bir-birinə qatır. O dar yerdə o tərəf bu tərəfə hərəkət edir, qışqırır, hamıya “ilişir” və onsuzda çox narahat olan “səfərimi” daha dözülməz edir.

Valideynləri sadəcə müşahidə etidiyinə görə vəziyyətin normal olmadığını onlara necəsə çatdırmaq istədim. Axırda dözə bilməyib son dayanacağa yaxınlaşanda (red: özümü sığortalamaq üçün son dayancaqda dedim ki, yoxsa qanqaraçılıq olsa yol daha da dözülməz olardı =)… ) məsafəcə mənim olduğum yerə daha yaxın olan yerdə əyləşmiş nənəsinə müraciət elədim:

[Mən] – Maşallah, nəvənizdir? Allah saxlasın

[O] – Hə, çox sağol (təbəssümlə)

[Mən] – Dil bilir?

[O] – Hə əmisi, türkcə bilir, məktəbdə də ingiliscə öyrədirlər..

[Mən] – Bəs adam dilini bilir?

[O] – Necə yəni? (təəccüblə)

[Mən] – Bayaqdan eləmədiyi qalmayıb, bəs bir şey deyin də….

avtobusdakıların üzündə təbəssüm və mən pulu verib avtobusdan düşürəm…

September 17, 09

Öz yolunu seç!

yol

tarix üçün qeyd:  Bu şəkli görəndə düşündüm ki,  bütün insanların yolları eyni yerdə başlayır və eyni yerdə qurtarır. Riyazi nöqteyi nəzərdən götürəndə 2 nöqtə arasndakı ən qısa məsafə düz xəttdir. Yəqin elə ona görədir ki, insan öz həyat yolunu seçəndə yolun qısa olmaması üçün bilərəkdən adətən düz yolu seçmir.

  • follow @msadig