// Archive for the ‘water for elephants’ Tag

April 24, 11

Baxdıqlarımdan: “Water for elephants” filmi

Dünən qabaqcadan planlaşdırılmamış bir şəkildə kinoteatrda istirahət etdim. Kinonu kinoteatrda baxmağı sevənlərdənəm açığı. Afişalara yaxınlaşıb filmlər arasından bu filmi seçd(ik)im. Kino müddətində ən çox xoşuma gələn kinoteatrın atmosferi və kinoya birlikdə baxdığım kompaniya oldu, filmin özü xoşuma gəlmədi. Afişada filmləri qiymətləndirərkən İMDB xalını mütləq nəzərə almaq lazımdır fikrini bu film sayəsində özüm üçün təsdiqlədim.

Filmin qısa xülasəsi: Valideynlərini itirmiş gənc veterenarlığa namizəd Jacob keçmişindən qaçarkən, təsadüfən «Benzini Brothers» sirkinin qatarına minir və sonrakı həyatında sirkin əsas ulduzu/aktrisası olan Marlena-ya aşiq olaraq, “alkaş” bir filə baxıcılıq edərək keçirəcəyi hadisələrin başlanğıcına düşür. Filmin yaxşı tərəfi odur ki(!), sujet xətti səni çox içərisinə çəkmir və popcorn yeyib, sok içməyə mane olmur =)

Sözümün canı: Bu tip filmlər məni cəlb eləmir bir o qədər də. Bəzi anlarda yandakı zalda gedən “Rio“da nələr baş verdiyini düşünmürdüm desəm yalan olar.  Bu filmi uşaqlıqdan sirk dünyasının sehrinə aludə olmuş adamlar bəlkə də maraqla qarşılayacaq, amma məni bu aləm heç vaxt cəlb eləməyib…

  • follow @msadig