// Archive for the ‘movie’ Tag

May 4, 11

Baxdıqlarımdan: “Kaybedenler kulübü”

Əvvəlcədən deyim, film məndə təəsürat yarada bildi. Filmin kinomatoqrafiya tərəfini, peşəkar təhlilini bu postdan gözləməyin, daha diqqətəlayiq “resenziya” üçün biraz səbr edib, kinoklik`də çıxacaq yazını gözləyin. Ordakılar işin içindədir.

Uzatmıram, film barədə ona görə yazdım ki, filmə baxmağı məsləhət görənlər arasında mən də olum. Məndə filmə maraq musiqisini facebookdakı hansısa dostumun paylaşmasından sonra yaranmışdı. Sonra treylerinə baxdım və məntiqi sonluq –  filmə baxdım. Saytı da var, özünüz üçün kino barədə nəsə kəşf eləmək istəsəniz.

Film ona görə xoşuma gəldi ki, heçnə tələb eləmir… tamamilə heçnə… Sadəcə rahatlayın və baxın. Mən bu filmə kinoteatrda baxsam məncə indi aldığım ləzzəti ala bilməzdim. Filmdə indiyə qədər eşitdiyim “ən mənalı mənasız sözlər” var idi. İki dostun, həmsöhbətin, “dərvişin” söhbətləri.

Filmin qısa(alınmayan) xülasəsi: Amerikan filmlərindəki yalnız “cowboy”lar kimi özlərini daxilən yalnız hiss edən iki R.J. – Kaan və Mete – gecə saatlarında radio efirindən ağızlarına və ağıllarına gələni danışırlar. İki dostun təkbətək söhbəti kimi. Ona görə söhbətlərində və hərəkətlərində heç bir senzura yoxdur. Hər şeydən danışa bilirlər, mövzuları əlaqəsiz olaraq bir-birinə calayıb, dəyişə bilirlər. Onlara “pop culture” əleyhdarları, kütləviləşmiş hər şeyə “yad” olan adamlar kimi baxa bilərsiniz, amma onlar heç bu da deyillər. Heçnə etməyə can atmırlar, həyatınızı dəyişəcək dərin mənalı mesajlar vermirlər, sizə nəsə demək də istəmirlər. Hər şeyi olduğu kimi qəbul eləməyin, hərşeyin öz axarında getməsinin tərəfdarıdırlar. İstədikləri vaxt, istədiklərini edirlər.

[ Continue reading… ]

April 24, 11

Baxdıqlarımdan: “Water for elephants” filmi

Dünən qabaqcadan planlaşdırılmamış bir şəkildə kinoteatrda istirahət etdim. Kinonu kinoteatrda baxmağı sevənlərdənəm açığı. Afişalara yaxınlaşıb filmlər arasından bu filmi seçd(ik)im. Kino müddətində ən çox xoşuma gələn kinoteatrın atmosferi və kinoya birlikdə baxdığım kompaniya oldu, filmin özü xoşuma gəlmədi. Afişada filmləri qiymətləndirərkən İMDB xalını mütləq nəzərə almaq lazımdır fikrini bu film sayəsində özüm üçün təsdiqlədim.

Filmin qısa xülasəsi: Valideynlərini itirmiş gənc veterenarlığa namizəd Jacob keçmişindən qaçarkən, təsadüfən «Benzini Brothers» sirkinin qatarına minir və sonrakı həyatında sirkin əsas ulduzu/aktrisası olan Marlena-ya aşiq olaraq, “alkaş” bir filə baxıcılıq edərək keçirəcəyi hadisələrin başlanğıcına düşür. Filmin yaxşı tərəfi odur ki(!), sujet xətti səni çox içərisinə çəkmir və popcorn yeyib, sok içməyə mane olmur =)

Sözümün canı: Bu tip filmlər məni cəlb eləmir bir o qədər də. Bəzi anlarda yandakı zalda gedən “Rio“da nələr baş verdiyini düşünmürdüm desəm yalan olar.  Bu filmi uşaqlıqdan sirk dünyasının sehrinə aludə olmuş adamlar bəlkə də maraqla qarşılayacaq, amma məni bu aləm heç vaxt cəlb eləməyib…

  • follow @msadig