// Archive for the ‘humor’ Tag

April 27, 11

“Adam dili” – Həyatın bir anı silsiləsindən

tarix üçün qeyd: 288 nömrəli avtobusda işdən yorğun və xəstə evə gəlirəm. Anası və nənəsi bir-birindən 1 cərgə aralı məsafədə tək yerli oturacaqlarda oturmuş balaca dəcəl oğlan ayaq üstə və həmçinin camaatın ayağının üstündə, aləmi bir-birinə qatır. O dar yerdə o tərəf bu tərəfə hərəkət edir, qışqırır, hamıya “ilişir” və onsuzda çox narahat olan “səfərimi” daha dözülməz edir.

Valideynləri sadəcə müşahidə etidiyinə görə vəziyyətin normal olmadığını onlara necəsə çatdırmaq istədim. Axırda dözə bilməyib son dayanacağa yaxınlaşanda (red: özümü sığortalamaq üçün son dayancaqda dedim ki, yoxsa qanqaraçılıq olsa yol daha da dözülməz olardı =)… ) məsafəcə mənim olduğum yerə daha yaxın olan yerdə əyləşmiş nənəsinə müraciət elədim:

[Mən] – Maşallah, nəvənizdir? Allah saxlasın

[O] – Hə, çox sağol (təbəssümlə)

[Mən] – Dil bilir?

[O] – Hə əmisi, türkcə bilir, məktəbdə də ingiliscə öyrədirlər..

[Mən] – Bəs adam dilini bilir?

[O] – Necə yəni? (təəccüblə)

[Mən] – Bayaqdan eləmədiyi qalmayıb, bəs bir şey deyin də….

avtobusdakıların üzündə təbəssüm və mən pulu verib avtobusdan düşürəm…

  • follow @msadig