// Archive for June, 2009

June 23, 09

Mə`də niyyətlilər

Bu yazını ona görə yazıram ki, ürəyimi boşaldam. Oxuyanlar bəlkə də mənim həddən artıq əsəbi olduğumu düşünə bilərlər.

Bu gün metroda gedərkən sanki 1 vaqon seçmə insanlar arasında düşmüşdüm. Tələsidiyimə görə  düşüb növbəti gələn qatara minə bilmədiyimdən dözməli oldum həmin vəziyyətə.

Axşamtərəfi olmağına baxmayaraq gün batmadığı üçün hava çox isti idi. Belə olan halda metroda hamının işdən çıxdığı bir vaxtda olan insan kütləsini, üstəlik də bəzi kiçik avtobusların bağlandığı üçün insanların metroya üz tutmasını da  nəzərə alsaq mənzərəni təsəvvürünüzə gətirə bilərsiniz. Yəni sözün əsl mənasında isti idi.

Və tərslikdən bu seçmə vaqonda ən seçmə insanlar da mənim yanıma düşmüşdülər. Sol tərəfimdə oturan xanım sanki ömrünün son dəqiqələrini yaşayırmışcasına, hərisliklə elə metrodaca tum “üyüdürdü”.  Amma buna başqa bir şey demək olmazdı, sözün əsl mənasında üyüdürdü. Onsuzda bayaq dediyim basabasdan yaranan ağır hava (ürəyiniz daha da bulanmasın deyə qoxu barədə təsvir verməyəcəm) üstəlik də birdə tumun qoxusu adamı lap hövsələdən çıxarırdı. Düz qulağımın dibində “çarta-çart”la səs salması da üstəlik məni əsəbləşdirirdi. Sol tərəfimdə oturan bu xanım bəs eləmirmiş kimi sağ tərəfimdəki xanım da saqqızı elə məharətlə çiynəyirdi ki, hələ də saqqız çiynəyəndə insanın çənəsinin boğazına dəyməsinin necə mümkün olması barədə heyrət içindəyəm. Özümü Amerikan filmlərindəki əsəbi manyaklar kimi hiss etdim. Bir tərəfimdə çarta-çart digər yanımda fırça-fırç əsl dəlixana idi. Yenə oğlan olsaydı belə mədəniyyətin sahibi dərd yarı, amma xanımların belə hərəkəti adamı lap əsəbləşdirir. Bir sözlə 4 stansiyalıq yol mənə əsl cəhənnəm əzabı yaşatdı.

Bu hadisələrdən sonra evə gələndə YouTube`da axtardım görüm ancaq Azərbaycanda belə məharətli adamlar varmı görəsən? Bir video tapdım amma o effekti ala bilmədim. Bu videoda çənə boğaza dəymir. Öz üzərində işləməlidir.

June 8, 09

Short films #1

Schweppes Short Film Festival – Signs

Last Day Dream

THE BLACK HOLE

  • follow @msadig