// Archive for the ‘Uncategorized’ Category

June 23, 09

Mə`də niyyətlilər

Bu yazını ona görə yazıram ki, ürəyimi boşaldam. Oxuyanlar bəlkə də mənim həddən artıq əsəbi olduğumu düşünə bilərlər.

Bu gün metroda gedərkən sanki 1 vaqon seçmə insanlar arasında düşmüşdüm. Tələsidiyimə görə  düşüb növbəti gələn qatara minə bilmədiyimdən dözməli oldum həmin vəziyyətə.

Axşamtərəfi olmağına baxmayaraq gün batmadığı üçün hava çox isti idi. Belə olan halda metroda hamının işdən çıxdığı bir vaxtda olan insan kütləsini, üstəlik də bəzi kiçik avtobusların bağlandığı üçün insanların metroya üz tutmasını da  nəzərə alsaq mənzərəni təsəvvürünüzə gətirə bilərsiniz. Yəni sözün əsl mənasında isti idi.

Və tərslikdən bu seçmə vaqonda ən seçmə insanlar da mənim yanıma düşmüşdülər. Sol tərəfimdə oturan xanım sanki ömrünün son dəqiqələrini yaşayırmışcasına, hərisliklə elə metrodaca tum “üyüdürdü”.  Amma buna başqa bir şey demək olmazdı, sözün əsl mənasında üyüdürdü. Onsuzda bayaq dediyim basabasdan yaranan ağır hava (ürəyiniz daha da bulanmasın deyə qoxu barədə təsvir verməyəcəm) üstəlik də birdə tumun qoxusu adamı lap hövsələdən çıxarırdı. Düz qulağımın dibində “çarta-çart”la səs salması da üstəlik məni əsəbləşdirirdi. Sol tərəfimdə oturan bu xanım bəs eləmirmiş kimi sağ tərəfimdəki xanım da saqqızı elə məharətlə çiynəyirdi ki, hələ də saqqız çiynəyəndə insanın çənəsinin boğazına dəyməsinin necə mümkün olması barədə heyrət içindəyəm. Özümü Amerikan filmlərindəki əsəbi manyaklar kimi hiss etdim. Bir tərəfimdə çarta-çart digər yanımda fırça-fırç əsl dəlixana idi. Yenə oğlan olsaydı belə mədəniyyətin sahibi dərd yarı, amma xanımların belə hərəkəti adamı lap əsəbləşdirir. Bir sözlə 4 stansiyalıq yol mənə əsl cəhənnəm əzabı yaşatdı.

Bu hadisələrdən sonra evə gələndə YouTube`da axtardım görüm ancaq Azərbaycanda belə məharətli adamlar varmı görəsən? Bir video tapdım amma o effekti ala bilmədim. Bu videoda çənə boğaza dəymir. Öz üzərində işləməlidir.

June 8, 09

Short films #1

Schweppes Short Film Festival – Signs

Last Day Dream

THE BLACK HOLE

May 12, 09

iweb 2.0 pic

i saw new thought while i surfed up n down in the net. one of blogger ask from readers to write keywords which define the blog. i decide use that idea but made some changes. i used post which wrote up to now n received this panorama

i think do that periodic =)

web20

May 8, 09

Antidepressant

Lately for some reason i begin to feel more needs to calm. n i have special methods for this. recently i found some melodies of the named musician Yann Tiersen. liked L`apres Midi specially. I advise =)

moreover i found video. in my view possible arrive at conclusion from this video

April 28, 09

Qeyd – CSS monitorinq

Bu gün məni CSS-lə bağlı bir problem bütün günü məşğul etdiyi üçün bu qeydi eləmək istədim. Bütün web browserlər css kodununun heçdə hamısını eyni cür qəbul eləmir. Ona görə dizayn vaxtı tez-tez hansı  browserlərdə necə göründüyünü yoxlamaq lazım gəlir. Ona görə indi bura yazıram ki mənimdə yadımdan çıxmasın. Bu gün vaxtımın çoxu belə onlayn css monitorinq saytı axtarmaqla keçib. litmusapp.com belə bir saytdır. Burada 23 browserin görüntüsünə baxmaq olur, amma sayt pulludur. Pulsuz isə İE7 və FF2 browserlərinin görüntüsün görmək olar. Çox şükür ki, mənə İE7 lazım idi və mən pulsuz ötüşə bildim =)

  • follow @msadig