// Archive for the ‘Uncategorized’ Category

May 4, 11

Baxdıqlarımdan: “Kaybedenler kulübü”

Əvvəlcədən deyim, film məndə təəsürat yarada bildi. Filmin kinomatoqrafiya tərəfini, peşəkar təhlilini bu postdan gözləməyin, daha diqqətəlayiq “resenziya” üçün biraz səbr edib, kinoklik`də çıxacaq yazını gözləyin. Ordakılar işin içindədir.

Uzatmıram, film barədə ona görə yazdım ki, filmə baxmağı məsləhət görənlər arasında mən də olum. Məndə filmə maraq musiqisini facebookdakı hansısa dostumun paylaşmasından sonra yaranmışdı. Sonra treylerinə baxdım və məntiqi sonluq –  filmə baxdım. Saytı da var, özünüz üçün kino barədə nəsə kəşf eləmək istəsəniz.

Film ona görə xoşuma gəldi ki, heçnə tələb eləmir… tamamilə heçnə… Sadəcə rahatlayın və baxın. Mən bu filmə kinoteatrda baxsam məncə indi aldığım ləzzəti ala bilməzdim. Filmdə indiyə qədər eşitdiyim “ən mənalı mənasız sözlər” var idi. İki dostun, həmsöhbətin, “dərvişin” söhbətləri.

Filmin qısa(alınmayan) xülasəsi: Amerikan filmlərindəki yalnız “cowboy”lar kimi özlərini daxilən yalnız hiss edən iki R.J. – Kaan və Mete – gecə saatlarında radio efirindən ağızlarına və ağıllarına gələni danışırlar. İki dostun təkbətək söhbəti kimi. Ona görə söhbətlərində və hərəkətlərində heç bir senzura yoxdur. Hər şeydən danışa bilirlər, mövzuları əlaqəsiz olaraq bir-birinə calayıb, dəyişə bilirlər. Onlara “pop culture” əleyhdarları, kütləviləşmiş hər şeyə “yad” olan adamlar kimi baxa bilərsiniz, amma onlar heç bu da deyillər. Heçnə etməyə can atmırlar, həyatınızı dəyişəcək dərin mənalı mesajlar vermirlər, sizə nəsə demək də istəmirlər. Hər şeyi olduğu kimi qəbul eləməyin, hərşeyin öz axarında getməsinin tərəfdarıdırlar. İstədikləri vaxt, istədiklərini edirlər.

[ Continue reading… ]

April 7, 11

Yoxlama yazısı: “Music is everywhere” concept

Bu yazı əslində blogun redizayn mərhələsində yoxlama xarakteri daşıyır. Amma son zamanlar qarşılaşdığım maraqlı musiqili video çarxları yerləşdirmək də pis olmaz məncə…

Alətləri olmayan musiqiçi
this video removed from facebook..

Borularla musiqi..

1 toxunuşla musiqi.

March 22, 11

İlk mobil yazım

image

Texnologiyanın yeni imkanları bəzi çətin işləri asan etməyə başlayır. Bu gündən blogumu yenidən yazmağa başlayacam, çünki artıq telefonumdan bloga nəzarət edə biləcəyəm. Bu post isə mənim ilk mobil postumdur…

September 17, 09

Öz yolunu seç!

yol

tarix üçün qeyd:  Bu şəkli görəndə düşündüm ki,  bütün insanların yolları eyni yerdə başlayır və eyni yerdə qurtarır. Riyazi nöqteyi nəzərdən götürəndə 2 nöqtə arasndakı ən qısa məsafə düz xəttdir. Yəqin elə ona görədir ki, insan öz həyat yolunu seçəndə yolun qısa olmaması üçün bilərəkdən adətən düz yolu seçmir.

August 29, 09

Elit jurnal olaraq mövqelənmək istəyən “OK”

OK

OK

mediares1119

Bu gün səhər bu şəkillər MMS ADs`lə telefonuma gəldi. Elit jurnal olaraq mövqelənmək istəyən “OK”`un PR`ı: Namiq Qaraçuxurlu və Aygün

  • follow @msadig