July 4, 11

TEDxBakı Gənclink

2 iyun 2011: TEDxBakı Gənclink`də oldum. Bu sayca üçüncü lokal TEDx olsa da mən birinci dəfə idi iştirak edirdim. Belə bir formatın Azərbaycanda rəğbət görməsi məni yaxşı mənada təəccübləndirdi. TED`in nə olduğu ilə maraqlananlar rəsmi saytından (http://www.ted.com/) bu barədə məlumat əldə edə bilərlər. Çox məşhur formatdır və axtarsanız çox detallı məlumat tapa bilərsiniz.

TEDxBakı`dakı fərq ordakı iştirakçıların müxtəlifliyində idi. Tamam fərqli ideyalı adamların çıxışlarını dinləmək yaxşı təssüratlar yaratdı. Mən şəxsən ən çox öz təcrübələrindən danışan insanların çıxışlarını maraqla dinlədim. Öz həyatını, peşəsini, bir sözlə – öz hekayəsini danışanlar məncə daha diqqətə layiq idi. Əks təqdirdə quru və qeyri-səmimi təsir bağışlayırdı. Haradansa oxuduğun məqaləni çatdırmağa çalışanda o dəqiqə hiss olunur. Amma ümumilikdə götürəndə məncə əgər təşkilatçılar maksimum 150 nəfər gözləyirdilərsə – 200 nəfərin gəlməsi, belə bir formatlı tədbir üçün nə qədər uğurlu keçdiyinin göstəricisidir.

Çıxışlardan əlavə oradakı şəbəkələşmə də tədbirin ayrı bir müsbət tərəfidir məncə. Çoxdandır görmədiyim insanları görmək, söhbət etmək, fikirlərimi bölüşmək imkanı qazandım. Məncə digər iştirakçılara da danışdıqlarını dinləyəcək bir çevrənin olduğunu bilmək hissi xoş təsir bağışladı.

Məncə TEDx təşkilatçılarına təşəkkür etməyə dəyər. Şirkətlərin də belə bir tədbirə sponsorluq edəcək səviyyədə olması da məni ayrıca sevindirdi. Onlara da ayrıca təşəkkürlər düşür məncə.

TEDxBakı Gənclik barədə Qeyd.az`ın hazırladığı video reportaja baxsanız spikerlərin xitab elədikləri auditoriyadan necə məmnun olduqlarını hiss edə bilərsiniz:

Orada olmayanlar üçün visual mənbələr:

Qeyd.az`dan foto & video hesabat

Azerphoto`dan foto hesabat: birinci hissə, ikinci hissə

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE