May 4, 11

Baxdıqlarımdan: “Kaybedenler kulübü”

Əvvəlcədən deyim, film məndə təəsürat yarada bildi. Filmin kinomatoqrafiya tərəfini, peşəkar təhlilini bu postdan gözləməyin, daha diqqətəlayiq “resenziya” üçün biraz səbr edib, kinoklik`də çıxacaq yazını gözləyin. Ordakılar işin içindədir.

Uzatmıram, film barədə ona görə yazdım ki, filmə baxmağı məsləhət görənlər arasında mən də olum. Məndə filmə maraq musiqisini facebookdakı hansısa dostumun paylaşmasından sonra yaranmışdı. Sonra treylerinə baxdım və məntiqi sonluq –  filmə baxdım. Saytı da var, özünüz üçün kino barədə nəsə kəşf eləmək istəsəniz.

Film ona görə xoşuma gəldi ki, heçnə tələb eləmir… tamamilə heçnə… Sadəcə rahatlayın və baxın. Mən bu filmə kinoteatrda baxsam məncə indi aldığım ləzzəti ala bilməzdim. Filmdə indiyə qədər eşitdiyim “ən mənalı mənasız sözlər” var idi. İki dostun, həmsöhbətin, “dərvişin” söhbətləri.

Filmin qısa(alınmayan) xülasəsi: Amerikan filmlərindəki yalnız “cowboy”lar kimi özlərini daxilən yalnız hiss edən iki R.J. – Kaan və Mete – gecə saatlarında radio efirindən ağızlarına və ağıllarına gələni danışırlar. İki dostun təkbətək söhbəti kimi. Ona görə söhbətlərində və hərəkətlərində heç bir senzura yoxdur. Hər şeydən danışa bilirlər, mövzuları əlaqəsiz olaraq bir-birinə calayıb, dəyişə bilirlər. Onlara “pop culture” əleyhdarları, kütləviləşmiş hər şeyə “yad” olan adamlar kimi baxa bilərsiniz, amma onlar heç bu da deyillər. Heçnə etməyə can atmırlar, həyatınızı dəyişəcək dərin mənalı mesajlar vermirlər, sizə nəsə demək də istəmirlər. Hər şeyi olduğu kimi qəbul eləməyin, hərşeyin öz axarında getməsinin tərəfdarıdırlar. İstədikləri vaxt, istədiklərini edirlər.

Adətən yalnız özlərinin başa düşdükləri tərzdə fəlsəfi fikirlər yürüdürlər. Dinləyicilərin çoxu onları başa düşmür, necəki mən filmə baxarkən dedikləri şeirlərin, etdikləri söhbətlərin çoxuna yad idim… Dinləyicilərlə nəzakətli deyillər, hamının eşitməyə adət elədiyi sözlər demirlər… Amma onları maraqlı edən məqam odur ki, onlar radiodakı obrazlar deyillər, real həyatda da eyni bivec, qayğısız və məsuliyyətsiz həyatı sürürlər, yəni dinləyicilərə qarşı səmimidirlər.

Kinoda xoşuma gələn dialoqlardan birində həyatlarındakı qadınların çoxluğuna işarə edərək onlardan soruşanda:

– Neden bu kadar çok olmak zorunda?

– Ee oluyor… oluyor da ondan.. derin bir mevzu değil, takma kafana..

deyə cavab verirlər. Yəni heçnədə özlərini çətinə salmırlar, sadəcə həyatlarını yaşayırlar. Ona görə sizdə filmə baxanda özünüzü çox yormayın, baxın və həzz alın. Amma yanınızda 18 yaşından balacalar olmasın. Ümumiyyətlə mənə qalsa filmə təkbaşına olanda baxın.

[Haşiyə] Kinoya baxanda  niyəsə mənə son zamanlar internetdə meydana çıxan “Bulistan Group“u xatırlatdı. Bəlkə də səhvim var. Hərhalda həm filmə, həm qrupun videolarına baxanlar daha düzgününü deyər.

Sözümün canı: “Adalet istiyorum yaaa (!)” – filmə baxanlar üçün =)

 

Comments for this entry

Orxan
May 4, 2011 at 1:03 am

Qəşəng yazmısan, Sadiq =)) Artıq ən yaxın dostlarımın məsləhətləri yığışıb bu kino haqda, buna baxmalıyam. “Sözümün canı: “Adalet istiyorum yaaa (!)” – filmə baxanlar üçün =)” Filmə baxmamışam, amma nə demək istədiyini bildim :D

Sadig
May 4, 2011 at 1:11 am

@Orxan
hə, məncə filmə bax, sonra birneçə ümumi yeni “zarafat”larımız yaranacaq =)
Sözümün də “canın almısan” belə başa düşdüm ki =))

Orxan
May 4, 2011 at 1:14 am

Əlbəttə başa düşdüm :D Müzakirə edərik =)

Gümüş
May 4, 2011 at 1:49 am

Məni qabaqlamısan ki :)
Kinoya baxan biri kimi deyim, qəşəng yazmısan. Bulistan hissəsinə qatılıram. Mənə də xatırlatdı. Radio söhbətlərinə qulaq asan hamıya xatırladar.
Sabah mən də share edəcəm yazımı. Deyəsən, həddən artıq uzun alınıb məndə))
P.S. “Allah standartdan ayırmasın.”

Sadig
May 4, 2011 at 2:26 am

Yox qabaqlamaq deyil, postda da demişəm, keyfiyyətli resensiya üçün sizin postu gözləsinlər. )
Sadəcə filmə baxandan sonra “filosofik atmosfer” mənə də nəsə yazmaq üçün təsir elədi. Sənin postun qısa alınmamasını anlayıram, mən guya filmdən heçnə yazmamağa səyy göstərərək bu qədər yazdım =)
Bulistan məsələsində də tək olmadığıma sevindim, görək Orxan baxandan sonra nə deyəcək =)
Hə birdəki o standart məsələsi mənə də ləzzət elədi, onsuzda “yaxşı saol sən necəsən?” deyir hamı, ondansa standart paket hazırlamaq məntiqlidir :)

Gümüş
May 4, 2011 at 3:13 am

lol. Mən yazıda resenziya sözünü də gördüm. Kinoklik-sözünü necə görməmişəm anlamıram :O
Qeyd etdiyin üçün sağol)
Mən də sən dediyini etmişəm. yazım belə başlayır.” Ucundan-qulağından danışacam dedim, bir də baxdım film haqda yazdığım ən uzun yazıdı=)
Hər halda, bu qədər təəsürat oyadıbsa filmə baxmağa dəyər :)

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE