April 27, 11

“Adam dili” – Həyatın bir anı silsiləsindən

tarix üçün qeyd: 288 nömrəli avtobusda işdən yorğun və xəstə evə gəlirəm. Anası və nənəsi bir-birindən 1 cərgə aralı məsafədə tək yerli oturacaqlarda oturmuş balaca dəcəl oğlan ayaq üstə və həmçinin camaatın ayağının üstündə, aləmi bir-birinə qatır. O dar yerdə o tərəf bu tərəfə hərəkət edir, qışqırır, hamıya “ilişir” və onsuzda çox narahat olan “səfərimi” daha dözülməz edir.

Valideynləri sadəcə müşahidə etidiyinə görə vəziyyətin normal olmadığını onlara necəsə çatdırmaq istədim. Axırda dözə bilməyib son dayanacağa yaxınlaşanda (red: özümü sığortalamaq üçün son dayancaqda dedim ki, yoxsa qanqaraçılıq olsa yol daha da dözülməz olardı =)… ) məsafəcə mənim olduğum yerə daha yaxın olan yerdə əyləşmiş nənəsinə müraciət elədim:

[Mən] – Maşallah, nəvənizdir? Allah saxlasın

[O] – Hə, çox sağol (təbəssümlə)

[Mən] – Dil bilir?

[O] – Hə əmisi, türkcə bilir, məktəbdə də ingiliscə öyrədirlər..

[Mən] – Bəs adam dilini bilir?

[O] – Necə yəni? (təəccüblə)

[Mən] – Bayaqdan eləmədiyi qalmayıb, bəs bir şey deyin də….

avtobusdakıların üzündə təbəssüm və mən pulu verib avtobusdan düşürəm…

Comments for this entry

Orxan
April 27, 2011 at 12:26 am

Bir dəfə səninlə yenə 88-də gedəndə bir qaqaş sənə baxırdı, az qala onu öldürəcəkdin =) Bir dəfə də arvadla qız mübahisəsi, 26-da.. bir daha başını gəlməyini arzulamıram, amma nə vaxt bu təkrarlansa böyük yumor hissi ilə hadisəni şərh etməyin var =) Qəşəng post idi, məni güldürdü =)

Sadig
April 27, 2011 at 12:33 am

@Orxan
Hə məndə həmişə belə bir hadisə ilə qarşılaşanda sənin dediyin sözlər yadıma düşür ki, “axırda bir gün səni avtobusda döyəcəklər” =)
Mən də yaranmış xoş əhvalı bölüşmək üçün yazdım =) güldürdüyünə sevindim )

Elvin85
April 27, 2011 at 12:35 am

Şir ürəyi var səndə :)

Sadig
April 27, 2011 at 12:38 am

@Elvin85
Elə bir təəssürat yaranmaması üçün, postda da yazmışam ki, düşəcəyim dayanacağa az qalmış fikrimi dedim, sonra da düşüb getdim =)

Khanim
April 27, 2011 at 1:17 am

Sən Sadiq? Sən demisən bunları? ))) lol
Mən elə bildim avtobuslarda qırğın edən bircə mənəm! Demə beyinsəl qardaşımı tappışam ki :P hahah))) çox güldüm, thx!
Qəşəng demisən!

Sadig
April 27, 2011 at 1:25 am

@Khanim
Qəşəng günün olsun, həmişə güləsən =)
Hə dedim, avtobusdakılarla anlaşılmamazlıqlarım “hərdən” olur =))

Tural Əlisoy
April 27, 2011 at 11:28 am

Düz eləmisən. Əsl siyasətçilərin danışdığı dildə demisən.

Urfan
April 27, 2011 at 4:59 pm

Sadiq, yaxşı komiks mövzusuna oxşayır :)) Əvvəlkilərə nisbətən daha sakit yola vermisən, yavaş-yavaş öyrəşirsən deyəsən :D

Sadig
April 27, 2011 at 10:39 pm

@Tural Əlisoy
Hə bacardığım qədər yumşaq və yaddaqalan fikrimi çatdırmağa çalışdım qarşı tərəfə =)

@Urfan
Hə qaqa öyrənirəm, dərin həyat təcrübəsi və dərin-dərin nəfəs almaq kömək elədi yola verməyə =))

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE