April 22, 09

İrəliləyirəm..

Sosial mediaya qoşulmğa qərar verdikdən sonra elan etdiyim kimi Friendfeed`ə və Twitter`ə qoşuldum.

Bu qeydi bloga yazmağımda məqsəd isə mənim kimi təzəcə sosiallaşmağa başlayanlara və ya başlamaq istəyənlərə şəxsi təcrübəmi paylaşmaqdır.  Mən şəxsən Twitter`ə o qədər də isinə bilməmişəm hələki. Hələ də təzə tanışlar kimi bir-birimizə məsafəli mövqedəyik. Düzü mənim Twitter`ə qoşulmaqda ən əsas məqsədim Friendfeed`də olan şəxsi kanalımın daha sadə halını əldə etməkdən ibarət idi. Elə buna görə də friendfeed`i Twitter`ə birləşdirdim. Amma bu gün yeni sosiallaşmağa çalışan biri kimi mobil telefondan da, el diliylə desək Twit`ləməyi yoxladım və bu təcrübə daha çox xoşuma gəldi. Çünki kompüter arxasında olarkən çox sadə və imkanları çox məhdud kimi görünən bu servis mobil telefondan əsl lazım olan imkanı yaradır. Telefondan çəkilən şəkli Twitpic`lə internetə ötürmək isə işin ləzzətin daha da artırır. Əgər Twitter`i anlıq mübadilə kimi düşünsək onda orda informasiyanın operativliyi əsas amildir. Beləliklə telefon bu operativliyi sizə təmin edir. üstəlik hələ informasiyanıza şəkil də əlavə edə bilməyiniz imkanlarınızı daha da genişləndirir.. Yəni qısası – bu təcrübə mənim daha çox xoşuma gəldi.. Ancaq pis cəhəti odur ki, telefondan “reply” eləmək mümkün olmur.

Comments for this entry

ümid
April 23, 2009 at 5:20 pm

belə saytlarda qeyd olub və işləmək səbəb olur ki yazılarımız diğər dostlarımızla paylaşsın. inşallah yeni yazılarınızı bu barədə gözləyirik sizə və Blogunuza uğurlar

Sadig
April 23, 2009 at 7:03 pm

mənim sosial mediyaya qoşulmağıma tərəddüd etməyimə səbəb olan əsas amil, Azərilərin azlığı idi. məncə eyni psixologiyanı və mentaliteti paylaşmayan insanların paylaşacağı məlumatlar o qədər də çox olmur. ancaq ingiliscə, rusca və ya türkcə paylaşım etmək müəyyən bir müddətdən sonra adamı darıxdırır. amma özüm həmin mühitə qoşulduqdan sonra sosial mediada da az olsa da azərilərin olduğunu görmək məni həvəsləndirdi.

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE