April 24, 11

Baxdıqlarımdan: “Water for elephants” filmi

Dünən qabaqcadan planlaşdırılmamış bir şəkildə kinoteatrda istirahət etdim. Kinonu kinoteatrda baxmağı sevənlərdənəm açığı. Afişalara yaxınlaşıb filmlər arasından bu filmi seçd(ik)im. Kino müddətində ən çox xoşuma gələn kinoteatrın atmosferi və kinoya birlikdə baxdığım kompaniya oldu, filmin özü xoşuma gəlmədi. Afişada filmləri qiymətləndirərkən İMDB xalını mütləq nəzərə almaq lazımdır fikrini bu film sayəsində özüm üçün təsdiqlədim.

Filmin qısa xülasəsi: Valideynlərini itirmiş gənc veterenarlığa namizəd Jacob keçmişindən qaçarkən, təsadüfən «Benzini Brothers» sirkinin qatarına minir və sonrakı həyatında sirkin əsas ulduzu/aktrisası olan Marlena-ya aşiq olaraq, “alkaş” bir filə baxıcılıq edərək keçirəcəyi hadisələrin başlanğıcına düşür. Filmin yaxşı tərəfi odur ki(!), sujet xətti səni çox içərisinə çəkmir və popcorn yeyib, sok içməyə mane olmur =)

Sözümün canı: Bu tip filmlər məni cəlb eləmir bir o qədər də. Bəzi anlarda yandakı zalda gedən “Rio“da nələr baş verdiyini düşünmürdüm desəm yalan olar.  Bu filmi uşaqlıqdan sirk dünyasının sehrinə aludə olmuş adamlar bəlkə də maraqla qarşılayacaq, amma məni bu aləm heç vaxt cəlb eləməyib…

Comments for this entry

Orxan
April 24, 2011 at 3:31 pm

Sənin profilin olan filmlər bilirəm hansılardı. Scream və Rio daha əyləncəli gələrdi sənə, nəinki, premyerası olan digər iki film. Həm də hansısa filmə baxmamışdan qabaq mütləq bir az araşdır, gör söhbət nədən gedəcək, ya da filmə baxan bir dostundan məsləhət al =)

Sadig
April 24, 2011 at 4:08 pm

Dediyim kimi planlaşdırılmamışdı kinoya getmək, ona görə filmləri araşdırmaq məsələsi mümkün olmadı. Elə afişaların önündə telefondan axtarış verdim. Onda İMDB xalını gördüm amma kompaniyaya görə filmin hansı olmasına o qədər də diqqət yetirmədim düzü, əsas olan əylənmək idi məndə yaxşı vaxt keçirdim sadəcə filmin bunda rolu o qədər də olmadı =)

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE