April 21, 09

Sosial mediada

Artıq mən də sosial mediada öz yerimi almaq qərarına gəldim. Blog yazarlığı mənə yad bir anlayış olmadığı kimi, keyfiyyətli bir yazının da nə qədər uzun müddət tələb etdiyini və vaxt ayırmaq lazım olduğunu Oxatan`dan bilirəm. Ona görə də elə ilk yazımdan blogumda daimi yazının olmayacağını qeyd eləmişdim. Ama sosiallaşmaq tək blogla olan amil deyil. Baxmayaraq ki, bunun əhəmiyyətli rolu olur.

Oxatan`la mən vətəndaş jurnalistikasına yol tapa bilirəmsə, şəxsi blogumda mən sosail mediada fərd olaraq mövcud olmağa ümid edirəm. Yəni mən burada daha ictimai yazılar deyil, məni şəxsi tərəfdən əks etdirəcək yazılar yaazacağam. Əlbəttə ki, vaxt olduqca. Əgər söhbət sosial mediaya qoşulmaqdan gedirsə əlbəttə deməli yalnız blogla kifayətlənmək lazım deyil. Deməli Web 2.0 cəmiyyətində daha yaxından iştirak etmək lazımdı. Web 2.0 paylaşım üzərinə qurulmuş bir virtual mədəniyyətdir. Buna görə də yalnız facebookla kifayətlənmək olmaz. Çünki facebookda hərhansı bir şəxsin aktivliyindən dostları xəbərdar ola bilirlər. Deməli artıq friendfeed və twitter hesablarından da istifadə eləmək lazımdır. Hansı ki, orada sənin profilin şəxsi informasiya ötürən kanal rolunu oynayır və sənin çatdırmaq istədiyin informasiyanın maraqlı olduğuna inanların səninlə dost və ya tanış olması vacib deyil. Səni izləmək istəyirlərsə bunu edirlər. Çox sadə..

Məsələyə yerli aspektdən baxsam əslində mənim sosiallaşmağımın o qədər də faydası olub olmaması sual altındadır. Çünki internetin sosail mediya yönündən istifadə edən Azərilər çox azdır. Azərbaycan üçün internet sahəsi özü çox yenidir, hələ də kompüteri göstərib internet deyənlər var. Qaldı ki, sosiallaşmaq ola. Mən sosial mediyanın təbliğatını aparanda izah eləməyə çalışanda ki, “maraqlı materialları insanlarla paylaşırsan, məqalələr, fotolar, videolar, xəbərlər filan..” qarşılaşdığım reaksiya əsasən “nəyimə lazımdır?”, “niyə?” kimi olur. Əslində isə nə qədər çox izləyicin olsa o qədər çox informasiya gücünə malik olduğun, sözünün, fikirlərinin nə qədər güclü olması haqqında heç bir fikir yoxdur bizim istifadəçilərimizdə. Amma belə baxanda əgər deyəcək sözün yoxdusa, onun güclü olub olmaması ilə niyə maraqlanasan ki?

Comments for this entry

Zəhra
April 21, 2009 at 7:52 pm

Sadiq gözəl yazuva görə təşəkkürlər.. Sosyallaşmaq lazımdı bugunun tələbidi.. Hələdə bu haqda bu aralar çox insanlara bəhs eliyirəm.. Və gənədə deyirəm Azərbaycanda internet istifadəçisi hələki sosyal medyanın nə olduğunu bilmir.. Bunu biz bilənlər gərəy öğrədəy başa salaq.. İndi bu saat bu zamanda dünyanı hər kəs öz ölkəsini internet fasitəsiylə tanidir.. Bizim istifadəçilər bunu anlamalı bilməli öğrənməlidirlər.. Ona görə biz bilənlər bilmiyənlərə yol göstərməliyik ki.. Goy bizidə tanisinlar..Onsuzda sosyal medyanın elə ölkəvi özüvü tanitmaq məgsəd di. Bu həm özümüzədə xeyirdi.. Özümüzdə yeniliklər öğrənirük.. nəisə uzattim deyəsən :P :D .Azərbaycan gəncləri adına Sosyalləşmək uğruna adımlarımız xeyirli olsun :)

Sadig
April 21, 2009 at 9:27 pm

Mən vaxt azlığından interneti “ögey övlad” kimi kənardan izləyirəm hələki. Amma sizin öz blogunuzda sosial media barədə apardığınız təşviqat yazılarından xəbərim var. Ümidvaram ki, sizin kimi bu barədə canyandıran insanlardan sonra vəziyyət getdikcə daha da yaxşılaşacaq. Amma hələ də bəzi xidmətlərin nə üçün olduğunu izah etməkdə mən şəxsən çətinlik çəkirəm ətrafdakılara. RSS`dən heç vaxt istifadəni lazım bilməyən və onun nə işə yaradığını anlayaman bir istifadəçiyə bütün informasiya kanallarını birləşdirəcək friendfeed.com`u izah eləmək çox çətin olur. Amma ümid axırıncı ölür. Əslində paylaşımın tanışlıqdan daha əyləncəli olduğunun fərqinə varsalar keçid müddəti daha qıza olar, amma görünür informasiya mübadiləsinə hazır deyil bəzi istifadəçilərimiz =))

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE